Operativ Məlumat Mərkəzi

İlham Əliyev Donald Trampa: Prezidentliyiniz dövründə Azərbaycan-ABŞ münasibətləri yeni məzmun kəsb edəcək

2 dəq
Paylaş:
İlham Əliyev Donald Trampa: Prezidentliyiniz dövründə Azərbaycan-ABŞ münasibətləri yeni məzmun kəsb edəcək

İlham Əliyev Donald Trampın ABŞ-yə yeni prezidentliyi dövründə iki ölkə arasında dostluq və münasibətlərinin daha da möhkəmlənəcəyinə və yeni məzmun kəsb edəcəyinə inandığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə İlham Əliyevin Donald Trampa ABŞ-nin 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə göndərdiyi məktubunda deyilir:

“ABŞ-nin müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirir, ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim”.

qeyd edib ki, həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığı bundan sonra da qətiyyətlə davam etdirmək və bu istiqamətlərdə sıx işləmək niyyətindədir:

“İnanıram ki, Sizin yeni dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax