Operativ Məlumat Mərkəzi

İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib

1 dəq
Paylaş:
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib

Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də ABŞ Mərkəzi Komandanlığının komandanı və Qüvvələrinin admiralı Bred Kuperi qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qonaq Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycanla arasında sülh gündəliyinin irəli aparılmasına dair əldə edilmiş nailiyyətlər münasibətilə İlham Əliyevə təbriklərini çatdırdı.

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı bu məsələdə Prezident Donald Trampın xüsusi rolunu qeyd etdi. Vaşinqtonda imzalanmış sənədlərin regionun inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını dedi.

Söhbət zamanı son dövrlərdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı məmnunluqla qeyd edildi, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax