Operativ Məlumat Mərkəzi

IL-76 təyyarəsinin qara qutusu tapılıb

2 dəq
Paylaş:
IL-76 təyyarəsinin qara qutusu tapılıb

Rusiyanın vilayətində qəzaya uğrayan İl-76 təyyarəsinin hər iki "qara qutu"su tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi, qutuların baxımdan yaxşı vəziyyətdə olduğunu açıqlayıb

Kremlin sözçüsü Dmitri Peskov isə qəza ilə bağlı araşdırmanın başlanmasını tələb edib.

Xatırladaq ki, ötən gün Belqorod vilayətində təyyarənin qəzaya uğraması nəticəsində 75 nəfər ölüb.

Hadisə zamanı təyyarənin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, təyyarənin 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.

Bir sıra mənbələr təyyarənin havada olarkən vurulduğunu iddia edir.

Rusiyanın naziri Sergey Lavrov təyyarəyə hücumun araşdırılması üçün BMT Şurasının təcili iclasını çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax