Əsas məzmuna keç

Husilər Qırmızı dənizdə koalisiyaya qoşulan istənilən ölkəni hədəf alacaqlarını bildiriblər

Husilər Qırmızı dənizdə koalisiyaya qoşulan istənilən ölkəni hədəf alacaqlarını bildiriblər

bunu BBC-yə müsahibəsində hərəkatın siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi deyib. “ABŞ-ın yaratdığı koalisiyaya daxil olan istənilən dövlət...

dənizdə naviqasiya azadlığını təmin etmək üçün ABŞ-ın himayəsi altında yaradılan koalisiyaya qoşulan hər bir dövlət Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının (husilər) raket hücumlarına məruz qalacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu BBC-yə müsahibəsində hərəkatın siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi deyib.

“ABŞ-ın yaratdığı koalisiyaya daxil olan dövlət naviqasiya təhlükəsizliyini itirəcək və raketlərimizin hücumu altında qalacaq”, - deyə əl-Husi vurğulayıb.

Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmənin husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və Fələstin anklavında dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. Buna cavab olaraq ABŞ səlahiyyətliləri gəmilərin naviqasiya azadlığını və təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” (Rifah Mühafizə Əməliyyatı) əməliyyatına başlamaq niyyətlərini açıqlayıblar. Bu əməliyyata qoşulanlar arasında Bəhreyn, Böyük Britaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransa yer alıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…