Operativ Məlumat Mərkəzi

Horadizdən Ağalıya müntəzəm avtobus marşrutu açılacaq

2 dəq
Paylaş:
Horadizdən Ağalıya müntəzəm avtobus marşrutu açılacaq

Gələn ay Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Xudat və Bakı-Şabran şəhərlərarası, Horadiz şəhəri (Füzuli rayonu)-Ağalı kəndi (Zəngilan rayonu) rayonlararası, Tərtər şəhəri-Talış kəndi (Tərtər rayonu daxili), Abşeron rayonununun Görədil qəsəbəsi-Xırdalan şəhəri üzrə 592 və Güzdək qəsəbəsi (Abşeron rayonu)-Bakı şəhəri üzrə 553 nömrəli marşrutları üzrə müsabiqə keçirəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə AYNA-dan bildirilib.

Məlumata görə, Goradil-Xırdalan və Güzdək-Bakı marşrutları üzrə müqabiqə avqustun 3-də, digər marşrutlar üzrə müsabiqə isə avqustun 4-də keçirəcək.

Marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək olar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax