Operativ Məlumat Mərkəzi

Horadizdə traktor minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB

2 dəq
Paylaş:
Horadizdə traktor minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB

Baş Füzuli rayonu kəndi ərazisində mina partlayışı ilə bağlı araşdırma aparır.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə qurumdan daxil olan məlumata əsasən, dekabrın 7-si saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

***

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb.

O, polis əməkdaşlarının köməyi ilə ərazidən xəstəxanaya təxliyyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax