Operativ Məlumat Mərkəzi

Hindistanda sel və torpaq sürüşmələri 4 nəfərin ölümünə, 100-ə yaxın insanın itkin düşməsinə səbəb olub

2 dəq
Paylaş:
Hindistanda sel və torpaq sürüşmələri 4 nəfərin ölümünə, 100-ə yaxın insanın itkin düşməsinə səbəb olub

Hindistanın ştatında baş verən güclü yağışlar ciddi fəlakətlə nəticələnib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Hindustan Times"-a istinadən xəbər verir ki, ştatın Dharali bölgəsində leysan yağışlardan sonra yaranan sel və sürüşmələri azı 4 nəfərin həyatına son qoyub, 100-ə yaxın insan isə itkin düşüb.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Yerli təbii fəlakəti "ciddi" adlandıraraq bildiriblər ki, itkin düşənlər arasında xilasedici ordu qüvvələrinin 11 əməkdaşı da olub, onlardan ikisi artıq sağ tapılıb.

Sel nəticəsində onlarla ev və yaşayış yeri dağılıb, bölgənin bir çox hissəsində təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Rəsmilər əhalini tədbirlərinə əməl etməyə çağırıb və ətraf ərazilərə təcili yardım və dəstək qüvvələri yönəldilib.

Təbii fəlakətin miqyasını qiymətləndirmək və zərərçəkənlərə yardım göstərmək məqsədilə dövlət orqanlarının işi gücləndirilib. Hazırda bölgədə hələ də qeyri-sabit olaraq qalır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax