Əsas məzmuna keç

Hindistanda binada baş verən yanğın 17 nəfərin ölümünə səbəb olub

Hindistanda binada baş verən yanğın 17 nəfərin ölümünə səbəb olub

Hindistanın Heydərabada şəhərində binasında baş verən yanğın nəticəsində 17 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" mediasına istinadla xəbər verir ki, yanğın şəhərin tarixi zonasında səhər saat 6 radələrində üçmərtəbəli binanın zirzəmisində başlayıb. Güclü yanğın qısa zamanda yuxarı mərtəbələrə yayılıb. Yerli polisin məlumatına görə, tüstüdən boğulan yatmış sakinlərdir. Ölənlər arasında yaşı 10-dan az olan 8 uşaq da var. Cəmi 4 nəfər yanğından xilas ola bilib.

İlkin ehtimala görə, yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub.

Qeyd edək ki, Hindistanda yaşayış və ictimai binalarda yanğın hadisələri tez-tez baş verir. Bunun əsas səbəbi həm sakinlərin, həm də səlahiyyətli qurumların texniki və qaydalarına laqeyd yanaşmasıdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…