Operativ Məlumat Mərkəzi

Hindistan çirkliliyini azaltmaq üçün süni yağış yağdırmağa çalışır

2 dəq
Paylaş:
Hindistan çirkliliyini azaltmaq üçün süni yağış yağdırmağa çalışır

Yeni Delhidəki hava çirkliliyini azaltmaq məqsədilə şəhərin bölgələrində havaya buraxaraq süni yağış yağdırmağa çalışır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Yeni Dehlidə il boyu davam edən ciddi hava çirkliliyi problemi qış ayları yaxınlaşdıqca daha da şiddətlənir.

Bu səbəbdən hökumət şəhərdəki hava çirkliliyi ilə mübarizə aparmaq üçün atmosferə müəyyən kimyəvi maddələrin buraxılması yolu ilə yağışın yaranmasını təşviq edən“bulud toxumlama" (cloud seeding) üsuluna müraciət edib.

Lazımi kimyəvi birləşmələr təyyarələr vasitəsilə günorta saatlarında şəhərin bəzi bölgələrinə iki mərhələdə havaya buraxılıb.

Digər tərəfdən, hava proqnozları paytaxtda yağıntı ehtimalının az olduğunu göstərir.

Bundan əlavə, noyabr ayının sonuna qədər daha çox “bulud toxumlama” sınaqlarının keçirilməsi planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax