Əsas məzmuna keç

Hikmət Hacıyev “New York Times”a açıq məktub ünvanlayıb

Hikmət Hacıyev “New York Times”a açıq məktub ünvanlayıb

bu barədə o, rəsmi “X” hesabında paylaşım edib. O, NYT-nin bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, alternativ baxışlara təhlükəsizlik...

Prezidentinin köməkçisi - Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri “New York ”a (NYT) açıq məktub ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, rəsmi “X” hesabında paylaşım edib.

O, NYT-nin bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, alternativ baxışlara divarları və bürokratik maneələr qoymasına təəssüfləndiyini bildirib.

"Bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, mən təəssüflənirəm ki, NYT alternativ baxışlara təhlükəsizlik divarı və bürokratik maneələr qoyur. “X” mənim ölkəmə qarşı sovet üslubunda təbliğat aparan bəzi qərb media orqanlarının informasiya monopoliyasına qarşı daha güclü alternativ, azad və açıq platforma təqdim edir. Bu məqalələrin hamısını, o cümlədən NYT-ni yoxlayanda belə təəssürat yaranır ki, onların hamısı eyni hökumət studiyasında və ya erməni lobbisi və hökuməti tərəfindən maliyyələşdirilən PR şirkətində yazılıb”, - paylaşımda qeyd olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…