Operativ Məlumat Mərkəzi

Hikmət Hacıyev: “Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək”

2 dəq
Paylaş:
Hikmət Hacıyev: “Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək”

öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək”.

"Operativ Məlumat Mərkəzi-OMM" “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Administrasiyasının Xarici məsələləri şöbəsinin müdiri jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla razılaşdırmadan populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycan sərhədinə - “Laçın” sərhəd-buraxılış məntəqəsinə gətirib:

"Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altında olan Avropanın korrupsioner siyasətçiləri də bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər. Bu kimi addımların heç bir mənası yoxdur. Bu kimi şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hansısa bir boz zonanın olmasını qəbul etməyəcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax