Operativ Məlumat Mərkəzi

Hərbi qulluqçu silahdan atəş açmaqla özünə xəsarət yetirib

2 dəq
Paylaş:
Hərbi qulluqçu silahdan atəş açmaqla özünə xəsarət yetirib

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Cəfərov Kənan Bəhmən oğlunun odlu silahdan atəş açmaqla xəsarət yetirməsi barədə Bakı hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Hərbi Prokurorluğun xidmətindən bildirilib.

Daxil olmuş məlumat əsasında Bakı hərbi prokurorluğunun və Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Bakı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax