Operativ Məlumat Mərkəzi

Hərbi qulluqçu odlu silahdan açılmış atəş nəticəsində ölüb

2 dəq
Paylaş:
Hərbi qulluqçu odlu silahdan açılmış atəş nəticəsində ölüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Ramil İlham oğlunun odlu silahdan atəş açmaqla öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax