Operativ Məlumat Mərkəzi

Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi sabah başa çatır

1 dəq
Paylaş:
Hərbi hissələr və həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi sabah başa çatır

Sabah bələdiyyə seçkiləri üçün hərbi hissələrin, təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi başa çatır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat “ Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, siyahıların dəqiqləşdirilməsi səsvermə gününə azı 20 gün qalanadək başa çatmalıdır.

Təqvim planında bu müddət 2025-ci il yanvarın 9-da başa çatır.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax