Operativ Məlumat Mərkəzi

Hərbi əməliyyatlarla əlaqədar yeni prosedur müəyyənləşib - QANUN

2 dəq
Paylaş:
Hərbi əməliyyatlarla əlaqədar yeni prosedur müəyyənləşib - QANUN

Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin hərbi qulluqçu və ya digər şəxsin ölmüş elan edilməsinə dair yeni prosedur müəyyənləşib.

,"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İlham Əliyev Məcəlləyə dəyişiklik edilməsi haqqında təsdiqləyib.

Dəyişikliyə əsasən şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən 6 aydan tez olmayaraq ölmüş elan edə bilər.

Qanunun indiyə qədərki variantında isə qeyd edilirdi ki, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı 2 il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax