Əsas məzmuna keç

Həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh...

Ədliyyə Nazirliyinin xidmətinin Mühafizə alayında ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun iştirakı ilə hərbi xidmətə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Nazirliyin Mətuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Dövlət Himni səsləndirildikdən sonra Dövlət Bayrağı hərbi marş sədaları altında meydanın mərkəzinə gətirilib, şəhidlərin abidəsi gül dəstələri qoyulub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ədliyyə sahəsində həyata keçirilən uğurlu islahatlar, o cümlədən, Mühafizə alayının öz vəzifələrini bu gün də layiqincə icra etdiyi qeyd olunub.

Ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədovun təbrik və tövsiyələri gənc əsgərlərin diqqətinə çatdırılıb.

Vətənə, xalqa və dövlətə sədaqət andı içən gənc əsgərlər Ali Baş Komandanın əmrinə hər zaman hazır olduqlarını, nizam-intizamı qoruyacaqlarını bildiriblər.

Sonda şəxsi heyətin marş sədaları altında təntənəli keçidi izlənilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…