Operativ Məlumat Mərkəzi

Həmin miqrantlar Fransaya göndəriləcək

1 dəq
Paylaş:
Həmin miqrantlar Fransaya göndəriləcək

Kiçik qayıqlarla La- boğazını İngiltərəyə gələn bəzi sığınacaq şəxslərin yaxın günlərdə Fransaya göndəriləcəyi elan edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Avropa İttifaqının razılığından sonra İngiltərə ilə Fransa arasında razılaşma əldə olunub.

Razılaşma İngiltərə Daxili İşlər Nazirliyinə kiçik qayıqlarla gələn miqrantların bir qismini Fransaya geri qaytarmaq səlahiyyəti verir. Bunun qarşılığında isə İngiltərə, Fransadan müəyyən sayda sığınmacını qanuni və təhlükəsiz yollarla qəbul etməyi öhdəsinə götürüb.

Qeyd edək ki, yay ayları dəniz şəraitinin uyğun olması səbəbilə keçidlərin ən çox olduğu dövr kimi tanınır. Yalnızca 30 iyul tarixində 898 nəfər İngiltərə sahillərinə çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax