Operativ Məlumat Mərkəzi

Hellouin şənliklərində 6 nəfər ölüb

1 dəq
Paylaş:
Hellouin şənliklərində 6 nəfər ölüb

ABŞ-də şənliklərində baş verən atışmalarda 6 nəfər olub, 40-dan çox insan yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" NBC telekanalına istinadən xəbər verir ki, ölüm hallarından 3-ü Florida və İndianapoli ştatlarında alınıb.

Floridada kütləvi dava nəticəsində daha 18 nəfər xəsarət alıb.

İndianapolis şəhərində 100-dən çox insanın iştirak etdiyi məclisdə açılan atəş nəticəsində isə 8 nəfər yaralanıb.

Bütün qurbanların yaşı 16 ilə 22 arasında dəyişir. Eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silahla bir neçə nəfəri saxlayıblar.

Hellouin olaraq oktyabrın 31-də qeyd olunur. Builki Hellouin iş gününə təsadüf etdiyindən bir çox şəhərlərdə oktyabrın 28-dən 29-na keçən gecə baş tutub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax