ABŞ-də Hellouin şənliklərində baş verən atışmalarda 6 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" NBC telekanalına istinadən xəbər verir ki, ölüm hallarından 3-ü Florida və İndianapoli ştatlarında qeydə alınıb.
Floridada kütləvi dava nəticəsində daha 18 nəfər xəsarət alıb.
İndianapolis şəhərində 100-dən çox insanın iştirak etdiyi məclisdə açılan atəş nəticəsində isə 8 nəfər yaralanıb.
Bütün qurbanların yaşı 16 ilə 22 arasında dəyişir. Eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silahla bir neçə nəfəri saxlayıblar.
Hellouin ənənəvi olaraq oktyabrın 31-də qeyd olunur. Builki Hellouin iş gününə təsadüf etdiyindən bir çox şəhərlərdə şənliklər oktyabrın 28-dən 29-na keçən gecə baş tutub.