Operativ Məlumat Mərkəzi

Həcc ziyarətinə sənəd qəbulu bu tarixdə yekunlaşacaq

2 dəq
Paylaş:
Həcc ziyarətinə sənəd qəbulu bu tarixdə yekunlaşacaq

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu aprelin davam edəcək.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qafqaz Müsəlmanları İdarəsinin Xarici şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

Onun sözlərinə görə, Həcc ziyarəti üçün Azərbaycana 1300-dək kvota ayrılacaq:

“Hazırda kvotanın təxminən 75 faizi dolub və müraciətlər davam edir. Yerlər məhdud olduğundan Həcc ziyarətinə getmək istəyənlərə müraciətlərini tezləşdirməyi tövsiyə edirik. Çünki bəzi vətəndaşlarımız arxayın olub son anda müraciət edirlər və yerlər dolmuş olur”.

Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün paketinin qiyməti 5 950 ABŞ dolları edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Həcc üçün sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında inzibati binasında aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax