Operativ Məlumat Mərkəzi

Həbsə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb

1 dəq
Paylaş:
Həbsə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyi xidmətin aparatının həyata keçirdiyi əməliyyat- tədbirləri nəticəsində İstintaq Təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, narkotik vasitələrin və maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilən şəxsin anası tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan gödəkçənin cibində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,323 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax