Operativ Məlumat Mərkəzi

Hava ilə bağlı sürücülərə müraciət edildi - DİQQƏTLİ OLUN

2 dəq
Paylaş:
Hava ilə bağlı sürücülərə müraciət edildi - DİQQƏTLİ OLUN

Mövcud ilə bağlı hərəkət iştirakçılarına müraciət edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət İdarəsindən məlumat verilib.

İdarə yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı , yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, vasitələrinin texniki sazlığından olmağı, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edir.

“Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”, -deyə müraciətdə vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax