Operativ Məlumat Mərkəzi

HAMAS Qəzza zolağını idarə etmək istəmədiyini bildirib

1 dəq
Paylaş:
HAMAS Qəzza zolağını idarə etmək istəmədiyini bildirib

HAMAS Qəzza zolağını etmək niyyətində deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu yüksək səviyyəli HAMAS rəsmisi “Al Arabiyya” kanalına bildirib.

Adı rəsminin sözlərinə görə, HAMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir və növbəti mərhələdə sözügedən ərazidə komitənin yaradılması və Qəzzanın bu komitə tərəfindən idarə olunmasına verib.

HAMAS nümayəndəsi əlavə edib ki, təşkilat texnokratik komitədə yer tutması üçün təklif olunan şəxsləri tanıyır və bu şəxslərin komitə üzvü olmasına razılıq verib.

“Danışıqlarda irəliləyişlərə baxmayaraq, İsrail razılaşdırılmış addımların praktiki icrasına mane olur”,- anonim nümayəndə bildirib.

O vurğulayıb ki, Qəzzada xidmət edəcək qüvvələr sadəcə monitorinq funksiyası daşıyacaq və anklavın idarəsinə, daxili işlərinə müdaxilə etməyəcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax