Operativ Məlumat Mərkəzi

Haitidə həbsxanaya hücum: 3600 məhbus qaçıb

1 dəq
Paylaş:
Haitidə həbsxanaya hücum: 3600 məhbus qaçıb

Port-au-Prinsdəki "Croix des Bouquets" həbsxanasına basqın edən silahlı dəstələr qüvvələri ilə toqquşub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Münaqişə zamanı 3600 həbsxanadan qaçıb, 12 nəfər həyatını itirib.

Haiti hökumətindən verilən açıqlamada səhər saatlarında cinayətkar təşkilatların həbsxanaya hücum və polisin müqaviməti nəticəsində silahlı şəxslərin ərazidən qaçdığı bildirilib.

Digər tərəfdən dəstələrin basqın etdiyi həbsxanada 17 vətəndaşının olduğu və Kolumbiya hökumətinin Haiti səlahiyyətliləri ilə əlaqə saxladığı bildirilib.

Bölgə mətbuatının məlumatına görə, son 3 gündə baş verən hücumlarda 4 polis əməkdaşının ölümü ilə yanaşı, onlarla insan da yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax