Əsas məzmuna keç

Gürcüstanda qəzaya uğramış Türkiyə təyyarəsinin qara qutularının araşdırılması həftəsonunda yekunlaşacaq

Gürcüstanda qəzaya uğramış Türkiyə təyyarəsinin qara qutularının araşdırılması həftəsonunda yekunlaşacaq

Gürcüstanda qəzaya Türkiyənin C-130 hərbi təyyarəsinin qara qutularının araşdırılması bu həftənin sonuna başa çatacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “” məlumat yayıb.

Məlumatda bildirilir ki, iki qara qutudan birində pilotların öz aralarında və qülləsi ilə apardıqları , həmçinin qəza anına aid səs yazıları yer alır. İkinci qara qutuda təyyarənin sistemlərinə dair qeyd mexanizmləri araşdırılır.

Qəzanın səbəbinin tam aydınlaşdırılması üçün qara qutuların qeydə aldığı 180 parametr üzrə təhlil aparılır. Araşdırmanın həftəsonuna qədər yekunlaşdırılması gözlənilir.

Rəsmilər bildiriblər ki, təyyarənin qəzaya uğraması ilə bağlı bütün ehtimallar diqqətlə araşdırılır və bu mərhələdə fərziyyələrə və əsassız şayiələrə yer verilməməlidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…