Gürcüstanda Rusiyayla birbaşa uçuşların bərpa olunmasına qarşı keçirilən etiraz aksiyaları davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Tiflisdə növbəti dəfə parlament binası qarşısına toplaşan etirazçılar birbaşa uçuşların həyata keçirilməsinə dair icazənin ləğvini tələb ediblər.
Fəallar aviareyslərin bərpa olunmasını Gürcüstanın Avropa İttifaqına qoşulmaq arzusuna qarşı Rusiya tərəfindən törədilmiş təxribat adlandırıblar. Gürcüstan hökuməti öz növbəsində aviareyslərin bərpa olunmasını alqışladıqlarını bildirib. Avropa İttifaqı isə hadisələrin son inkişafına görə təəssüfünü ifadə edib.
Rusiya rəhbərliyi 2019-cu ildə Tiflisdə anti-Rusiya etirazları başladığı üçün bu ölkəyə birbaşa uçuşları dayandırmışdı.
Qeyd edək ki, Gürcüstan bu ilin sonunda Brüsselin onun ittifaqa namizədliyini təsdiqləyəcəyinə ümid edir.
Gürcüstanda etirazlar davam edir - 20.05.2023
paytaxt Tiflisdə növbəti dəfə parlament binası qarşısına toplaşan etirazçılar birbaşa uçuşların həyata keçirilməsinə dair icazənin ləğvini tələb ediblər....
Əlaqəli xəbərlər
Region xəbərləri
KİV: İranda etirazlar zamanı 12 mindən çox insan ölüb.
Region xəbərləri
KİV: İranda etiraz aksiyalarında ölənlərin sayı 2 minə çatıb
Region xəbərləri
"Ümid edirəm ki, eyni şey Avropada da baş verəcək"
Region xəbərləri
Gürcüstan-Rusiya danışıqları növbəti dəfə pozulub
Region xəbərləri
Rusiya Suriyadakı hərbi bazaya uçuşları bərpa etdi
Növbəti xəbər yüklənir…