Gürcüstanda Rusiyayla birbaşa uçuşların bərpa olunmasına qarşı keçirilən etiraz aksiyaları davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Tiflisdə növbəti dəfə parlament binası qarşısına toplaşan etirazçılar birbaşa uçuşların həyata keçirilməsinə dair icazənin ləğvini tələb ediblər.
Fəallar aviareyslərin bərpa olunmasını Gürcüstanın Avropa İttifaqına qoşulmaq arzusuna qarşı Rusiya tərəfindən törədilmiş təxribat adlandırıblar. Gürcüstan hökuməti öz növbəsində aviareyslərin bərpa olunmasını alqışladıqlarını bildirib. Avropa İttifaqı isə hadisələrin son inkişafına görə təəssüfünü ifadə edib.
Rusiya rəhbərliyi 2019-cu ildə Tiflisdə anti-Rusiya etirazları başladığı üçün bu ölkəyə birbaşa uçuşları dayandırmışdı.
Qeyd edək ki, Gürcüstan bu ilin sonunda Brüsselin onun ittifaqa namizədliyini təsdiqləyəcəyinə ümid edir.
Gürcüstanda etirazlar davam edir - 20.05.2023
Oxşar xəbərlər
Region xəbərləri
İran Prezidenti: “İran və İraq arasında qardaşlıq ruhu əsas prioritetdir”
Region xəbərləri
ABŞ və İran arasında gərginlik pik həddə: Hörmüz boğazında hərbi qarşıdurma
Region xəbərləri
İran NATO-nun nüvə proqramı və Hörmüzlə bağlı ittihamlarını rədd etdi
Region xəbərləri
Türkiyə 54 nəfəri ekstradisiya etdi
Eyni mövzuda
Daha çox: Region xəbərləri
Region xəbərləri
Rusiya Mozambiklə strateji tərəfdaşlığı gücləndirir
Region xəbərləri
Türkiyə polisi mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat aparıb
Region xəbərləri
Sinoptiklər İstanbul üçün rekord istilərlə bağlı xəbərdarlıq edib
Region xəbərləri