Operativ Məlumat Mərkəzi

Gürcüstanda etirazlar davam edir - 10.04.2024

2 dəq
Paylaş:
Gürcüstanda etirazlar davam edir - 10.04.2024

Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri- təşkilatları, tələbə- hərəkatları və qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “xarici agentlər” haqqında qanun layihəsini yenidən parlamentə təqdim etməsinə etiraz olaraq paytaxt Tbilisidə yürüş keçirirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, aksiyanın təşkilatçıları yürüşün məqsədinin ölkənin azadlığını və Avropa gələcəyini qorumaq olduğunu bildiriblər.

Onların sözlərinə görə, hakimiyyətin parlamentə təqdim etdiyi "Xarici təsirlərin şəffaflığı haqqında" qanun layihəsi Rusiya qanunudur.

Bu qanun ölkədə demokratiyanın inkişafına, siyasi partiyaların və QHT-lərin fəaliyyətinə mənfi təsir göstərəcək. Eyni zamanda, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olacaq.

Saat 18:00-da Respublika meydanına etirazçılar buradan parlament binasının qarşısına qədər yürüş ediblər.

Parlamentin önündə toplaşan müxalifət müxtəlif səsləndirib, hökuməti məlum qanun layihəsini parlamentin müzakirəsindən geri çağırmağı tələb ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax