Əsas məzmuna keç

Gürcüstanda etirazlar davam edir - 10.04.2024

Gürcüstanda etirazlar davam edir - 10.04.2024

aksiyanın təşkilatçıları yürüşün məqsədinin ölkənin azadlığını və Avropa gələcəyini qorumaq olduğunu bildiriblər. Onların sözlərinə görə, hakimiyyətin...

Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “xarici agentlər” haqqında qanun layihəsini yenidən parlamentə təqdim etməsinə olaraq paytaxt Tbilisidə keçirirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, aksiyanın təşkilatçıları yürüşün məqsədinin ölkənin azadlığını və Avropa gələcəyini qorumaq olduğunu bildiriblər.

Onların sözlərinə görə, hakimiyyətin parlamentə təqdim etdiyi "Xarici təsirlərin şəffaflığı haqqında" qanun layihəsi qanunudur.

Bu qanun ölkədə demokratiyanın inkişafına, siyasi partiyaların və QHT-lərin fəaliyyətinə mənfi təsir göstərəcək. Eyni zamanda, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olacaq.

Saat 18:00-da Respublika meydanına toplaşan etirazçılar buradan parlament binasının qarşısına qədər yürüş ediblər.

Parlamentin önündə toplaşan müxalifət müxtəlif şüarlar səsləndirib, hökuməti məlum qanun layihəsini parlamentin müzakirəsindən geri çağırmağı tələb ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…