Əsas məzmuna keç

İranda keçmiş MMA çempionu barədə edam hökmü icra olunub

İranda keçmiş MMA çempionu barədə edam hökmü icra olunub

Beynəlxalq dərəcəli hakim və keçmiş idmançı Qolamrza Xani Şəkərab İsrail kəşfiyyatı ilə əməkdaşlıqda təqsirli bilinərək edam edilib.

en ru

İranda döyüş sənətləri (MMA) üzrə keçmiş çempion və beynəlxalq hakim Qolamrza Xani Şəkərab barəsində çıxarılan hökmü icra edilib. “Fars” agentliyinin yaydığı məlumata görə, 34 yaşlı Şəkərab İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıq etməkdə və təxribat xarakterli şəbəkənin fəaliyyətində iştirakda təqsirli bilinib.

Məhkəmə instansiyaları tərəfindən təsdiqlənən hökmün icrası ilə bağlı məlumatı “Operativ Məlumat Mərkəzi-OMM” təsdiqləyib. Qeyd edək ki, idmançı karyerası ilə yanaşı məşqçilik fəaliyyəti də göstərən Qolamrza Xani Şəkərab həbs olunmazdan əvvəl Türkiyədə yaşayırdı. O, ötən il İraqa səfəri zamanı İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…