Operativ Məlumat Mərkəzi

Gürcüstan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı genişləndirir

2 dəq
Paylaş:
Gürcüstan və Azərbaycan təhsil sahəsində əməkdaşlığı genişləndirir

Gürcüstanın təhsil, elm və gənclər naziri Givi ilə Azərbaycanın elm və təhsil naziri arasında Bakıda görüş keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkənin Təhsil, Elm və Gənclər Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkənin təhsil sistemlərində həyata keçirilən islahatlar, mövcud və qarşıda duran prioritetlər müzakirə edilib.

Görüş zamanı Givi Mikanadze bildirib ki, azərbaycanlı şagird, tələbə və müəllimləri dəstəkləmək məqsədilə bir sıra layihələr həyata keçirir. Onun sözlərinə görə, bu təşəbbüslər sırasında məktəblərdə dil tədrisinin gücləndirilməsi və ali məktəblərdə tələbələrin maliyyələşdirilməsinin artırılması istiqamətində proqramlar yer alır.

Tərəflər STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) təhsilinin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayırıblar. tərəfi Gürcüstanda STEAM mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Givi Mikanadze azərbaycanlı həmkarının bu sahədə əməkdaşlıq təklifini dəstəklədiyini vurğulayıb.

Görüşdə, həmçinin iki ölkənin təhsil nazirliklərinin nümayəndələrindən ibarət işçi qrupunun fəaliyyətinin bərpası məsələsinə toxunulub. Bildirilib ki, işçi qrup cari ilin avqust ayından etibarən birgə fəaliyyətə başlayacaq.

Sonda Givi Mikanadze Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevi Gürcüstana səfərə dəvət edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax