Operativ Məlumat Mərkəzi

Gürcüstan Prezidenti hakim partiyanı anti-Qərb təbliğatında ittiham edib

2 dəq
Paylaş:
Gürcüstan Prezidenti hakim partiyanı anti-Qərb təbliğatında ittiham edib

Gürcüstanın partiyası “Gürcü arzusu - Demokratik ” anti-Qərb təbliğatı aparır, ilə sıx əlaqələr qurur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentdə hesabatı ilə bağlı çıxışında deyib.

“Dövlət miqyasında anti-Qərb və psevdomilli təbliğat aparılır, rusiyayönlü qruplar həvəsləndirilir və maliyyələşdirilir, dövlət qurumlarına kiberhücumlar daha tez-tez baş verir. Əslində, bu, bizim seçkilərdən nə gözləməli olduğumuza işarədir. Hibrid müharibə kateqoriyasına iqtisadiyyata birbaşa təsir göstərən və ümumilikdə ölkənin Rusiya pul və bazarlarından asılılığını, habelə Rusiya kapitalının ölkədəki payını artıran kütləvi Rusiya immiqrasiyasını əhatə edir”, - o vurğulayıb.

Onun sözlərinə görə, hakim partiyanın hibrid strategiyası bir sıra müxtəlif təxribatlara, o cümlədən Rusiya ilə hava nəqliyyatının bərpasına və Rusiya kruiz gəmisinin Batumiyə daxil olmasına əsaslanır.

S.Zurabişvilinin fikrincə, bütün bunlar qarşıdurmanı qızışdırmaq və cəmiyyətdə sabitliyi pozmaq təhlükəsi yaratmaq məqsədi daşıyır.

Xatırladaq ki, bu, onun kimi son illik hesabatıdır. Onun səlahiyyət müddəti 2024-cü ilin payızında başa çatır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax