Operativ Məlumat Mərkəzi

Gürcüstan DTX: Aksiyalara xaricdəki vətəndaşlar və Ukraynada döyüşən bəzi şəxslər cəlb edilib

2 dəq
Paylaş:
Gürcüstan DTX: Aksiyalara xaricdəki vətəndaşlar və Ukraynada döyüşən bəzi şəxslər cəlb edilib

Xarici Gürcüstanda “Xarici agentlər” haqqında qanuna qarşı keçirilən etiraz aksiyalarında təxribatları maliyyələşdirir. Məkrli planlara xaricdəki vətəndaşları, xüsusən də Ukraynada və gəlib polisə qarşı zorakılıqda iştirak etməyə hazır olan bəzi şəxslər cəlb edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Xidmətinin (DTX) bəyanatında qeyd edilib.

Bildirilib ki, aksiyaların təşkilatçıları xüsusi təyinatlılar və polisə hücum etməyi, gənclərə tez alışan maddələr, daş və dəmir dəyənək gətirməyi tapşırırlar. Planın bir hissəsi olaraq aksiyaların təşkilatçıları Tbilisi qovşaqlarının iflic vəziyyətinə düşməsini, dövlət qurumlarının və strateji obyektlərin bağlanmasını nəzərdə tuturlar.

Bəyanata görə, təşkilatçılar üçün arzuolunandır ki, etirazlar insan tələfatına səbəb olsun, çünki bu, onların fikrincə, etiraz ittihamını və radikallığı artıracaq.

"Aksiyada iştirak edən gəncləri təxribatlara əl atmamağa, hüquq-mühafizə orqanlarını isə ölkədə iğtişaşların və vətəndaş qarşıdurmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq", - deyə DTX-nin bəyanatında vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax