Operativ Məlumat Mərkəzi

Göygöl rayonunda qanunsuz tikili sökülüb

1 dəq
Paylaş:
Göygöl rayonunda qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində ərazisində qanunsuz tikintilərlə bağlı tədbirlərin həyata keçirilməsi davam etdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" FHN-ə istinadən xəbər verir ki, Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Yeni Qızılca kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vətəndaş tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət və Göygöl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax