Operativ Məlumat Mərkəzi

Göyçayda bağı narkotik plantasiyasına çevirib, videokamera ilə izləyən şəxs tutulub

1 dəq
Paylaş:
Göyçayda bağı narkotik plantasiyasına çevirib, videokamera ilə izləyən şəxs tutulub

Göyçayda bağ sahəsini plantasiyasına çevirib videokameralarla şəxs tutulub.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, məhkum olunmuş 34 yaşlı Vaqif saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, onun bağ sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən çəkisi 30 kiloqram olan 182 ədəd çətənə kolu aşkar edilib. V.Məmmədov narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib. Saxlanılan şəxs ərazini kənardan müşahidə etmək üçün orada günəş panelli videokameralar da quraşdırıb.

Fakla bağlı başlanılıb, məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax