Əsas məzmuna keç

Göyçay Rayon İcra Hakimiyyətindən yayılan iddialara münasibət

Göyçay Rayon İcra Hakimiyyətindən yayılan iddialara münasibət

Göyçay şəhər sakini, vətən müharibəsi iştirakçısı Axundov Araz Azər oğlu dəfələrlə Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul edilmiş və...

şəhər sakini, vətən müharibəsi iştirakçısı Araz Azər oğlu dəfələrlə Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul edilmiş və dinlənilmişdir.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə İH-dən bildirilib ki, vətən müharibəsi iştirakçısı müalicəsi üçün vasitələrinin alınması, yardımı edilməsi və maddi yardımla bağlı ayrı-ayrı vaxtlarda müraciət etmiş, müraciətləri nəzərə alınaraq ümumilikdə Rayon İcra Hakimiyyəti tərəfindən 1158 manat məbləğində ona maddi yardım edilmişdir.

2022-ci il tarixdə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional bölməsinin Göyçay rayon şöbəsində “özünüməşğulluq” proqramına cəlb edilərək məşğulluğunu təmin etmək məqsədilə qapı və pəncərə düzəltmək üçün dəzgahla təmin olunmuş, lakin sonradan həmin dəzgahı özü satdığını etiraf etmişdir.

Həmçinin 18 may 2023-cü il tarixdə A.Axundov Rayon İcra Hakimiyyətinə yaxınlaşaraq Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən dərman vasitələri ilə təmin olunması üçün köməklik göstərilməsini bildirmiş və Xəstəxana tərəfindən ona lazımi köməkliyin olunacağı bildirilmişdir.

Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hikmət Süleymanov barəsində səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir və böhtan xarakterlidir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…