Operativ Məlumat Mərkəzi

Gələn il Tacikistan Prezidentinin Azərbaycana səfəri gözlənilir

2 dəq
Paylaş:
Gələn il Tacikistan Prezidentinin Azərbaycana səfəri gözlənilir

"Sizin Düşənbəyə dövlət səfərinizdən sonra çox fəal əməkdaşlığa başlayıblar. Çoxlu işlənib hazırlanır, biz indi bu barədə danışırıq. Dəvətinizə görə sağ olun. Növbəti ildə olacaq səfərə hazırlaşırıq"

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 24-də Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, ikitərəfli qarşılıqlı fəaliyyətimiz həm ticarət sahəsində, həm də humanitar müstəvidə dinamik şəkildə inkişaf edir:

"Azərbaycanlı dostlarımızın uğurlarına sevinirik, ölkəniz inkişaf edir. Düzgün qeyd etdiniz ki, son illər, xüsusən Sizin Düşənbəyə dövlət səfərinizdən sonra nazirliklərimiz və idarələrimiz çox fəal əməkdaşlığa başlayıblar. Çoxlu proqramlar işlənib hazırlanır, biz indi bu barədə danışırıq. Dəvətinizə görə sağ olun. Növbəti ildə olacaq səfərə hazırlaşırıq. Biz indi bunun üzərində işləyirik və müvafiq orqanlarımız qarşılıqlı fəaliyyət göstərir. Zənnimcə, bu, ikitərəfli münasibətlərimizə güclü təkan verəcək. Bu gün isə mən Sizinlə münasibətlərimizin mövcud vəziyyətini və perspektivlərini, regional problemləri müzakirə etməyə hazıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax