Operativ Məlumat Mərkəzi

FTX-nin “Sputnik-Azərbaycan”da işləyən 2 əməkdaşı saxlanıldı

2 dəq
Paylaş:
FTX-nin “Sputnik-Azərbaycan”da işləyən 2 əməkdaşı saxlanıldı
Daxili İşlər Nazirliyinin (DİN) əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb. Qeyd...

Polisin “Sputnik ” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi zamanı saxlanılanlar var.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) əməliyyatı zamanı Rusiyanın Federal Xidmətinin ( FTX) bu agentlikdə iki əməkdaşı saxlanılıb.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN “Sputnik Azərbaycan”ın Bakıdakı ofisində əməliyyat keçirir.

Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan" agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub.

Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.

Başqa sözlə, “Sputnik Azərbaycan”ın Bakıda çalışan jurnalistlərinin sayı AZƏRTAC-ın Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq.

Lakin "Sputnik Azərbaycan" redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax