Fransanın paytaxtı Parisdə yüzlərlə evdə qulluq edən tibb bacısı 2009-cu ildən bəri dəyişməyən maaşlarının artırılması tələbi ilə etiraz aksiyası keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nümayişçilər maaşların artırılmasını tələb etmək üçün toplaşaraq şüarlar, musiqi və fit səslərinin müşayiəti ilə əllərində bayraqlar tutaraq Bastiliya meydanından Səhiyyə Nazirliyinə qədər gediblər.
“Sağlamlıq planı, tibb bacıları qurban verildi”, “Sui-istifadə və alçaldılmalara son”, “Evdə qulluq edən tibb bacıları unudulub, xəstələr təhlükə altındadır” yazılı plakatlar daşıyan iştirakçılar maaşlarının artırılması tələblərini nazirliyə çatdırıblar.
Fransada tibb bacıları nümayiş keçirib
Oxşar xəbərlər
Avropa xəbərləri
İranla 2 həftəlik atəşkəs: Qrossidən sərt xəbərdarlıq
Avropa xəbərləri
BMT ABŞ-İran atəşkəsinin uzadılması qərarını alqışladı
Avropa xəbərləri
Roma Papası avtoritarizmi qınadıqdan sonra Ekvatorial Qvineyaya səfər edib
Avropa xəbərləri