Əsas məzmuna keç

Fransada tibb bacıları nümayiş keçirib

Fransada tibb bacıları nümayiş keçirib

Fransanın paytaxtı Parisdə yüzlərlə evdə edən bacısı 2009-cu ildən bəri dəyişməyən maaşlarının artırılması tələbi ilə etiraz aksiyası keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Nümayişçilər maaşların artırılmasını tələb etmək üçün toplaşaraq şüarlar, musiqi və fit səslərinin müşayiəti ilə əllərində bayraqlar tutaraq Bastiliya meydanından Səhiyyə Nazirliyinə qədər gediblər.

“Sağlamlıq planı, tibb bacıları qurban verildi”, “Sui-istifadə və alçaldılmalara son”, “Evdə qulluq edən tibb bacıları unudulub, xəstələr təhlükə altındadır” yazılı plakatlar daşıyan iştirakçılar maaşlarının artırılması tələblərini nazirliyə çatdırıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…