Operativ Məlumat Mərkəzi

"Formula 1": Azərbaycan Qran Prisi üçün yeni biletlər satışa çıxarılıb

1 dəq
Paylaş:
"Formula 1": Azərbaycan Qran Prisi üçün yeni biletlər satışa çıxarılıb

"Formula 1" üzrə Qran Prisinin proqramına yeni satışa çıxarılıb.

Bakı Şəhər Halqası Şirkətindən (BŞH) "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, dünya ulduzları DJ Don Diablo və DJ Hardvellin konsertləri üçün nəzərdə tutulan biletlərin sayı məhdud, qiyməti isə 150 AZN-dir.

DJ Don Diablo aprelin 28-də, DJ Hardvell isə bir gün sonra Dənizkənarı Bulvar ərazisində səhnədə "Formula 1" həftəsonunun açılışını edərək canlı şoularını sərgiləyəcək.

Qeyd edək ki, bilet sahibləri həm də fan zonaya giriş əldə edə biləcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax