Əsas məzmuna keç

Filippində universitetdə partlayış olub, ölənlər və yaralananlar var

Filippində universitetdə partlayış olub, ölənlər və yaralananlar var

bu barədə yerli KİV məlumat yayıb. “Mindanao Dövlət Universitetinin (MDU) ictimaiyyəti bu səhər universitetin idman zalında dini toplantı zamanı baş...

Bazar günü Filippinin cənubunda Dövlət Universitetinin idman zalında messa zamanı baş nəticəsində üç nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

“Mindanao Dövlət Universitetinin (MDU) ictimaiyyəti bu səhər universitetin idman zalında dini toplantı zamanı baş vermiş zorakılıq aktından dərindən kədərlənir və dəhşətə gəlir. Biz bu mənasız və dəhşətli hərəkəti birmənalı şəkildə pisləyir, həlak olanlara və onların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz bu faciədən zərər çəkənlərə dəstək və yardım göstərməyi öz öhdəmizə götürürük”, – ocağının rektorunun bəyanatında bildirilib.

Bəyanatda sözügedən hadisə “hücum” kimi qiymətləndirilib.

MDU-da növbəti xəbərdarlığadək dərslərə fasilə verilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…