Operativ Məlumat Mərkəzi

FIDE danimarkalı hakimi yarışlardan uzaqlaşdırıb

1 dəq
Paylaş:
FIDE danimarkalı hakimi yarışlardan uzaqlaşdırıb

FIDE-nin və İntizam Komissiyası (EDC) danimarkalı Arild Rimestadı yarışlarından iki il müddətinə uzaqlaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Chess.com"a istinadən xəbər verir ki, o, Şahmat Federasiyasının əməkdaşına qarşı cinsi qısnamada ittiham olunur.

EDC A.Rimestadın iki il müddətinə FIDE-nin hər hansı tədbirində hakim kimi göstərməsinə qadağa qoyub. Təkrar qayda pozuntusuna yol verilməməsi şərtilə cəzanın bir ilə endirilməsi ehtimalı var.

Qeyd edək ki, 58 yaşlı danimarkalı hakim A kateqoriyasına malikdir. O, FIDE-nin bayrağı altında keçirilən yarışlarda, rapid və blits üzrə dünya çempionatlarında, həmçinin Şahmat Olimpiadası kimi böyük turnirlərdə fəaliyyət göstərib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax