Operativ Məlumat Mərkəzi

FHN yanında İctimai şuraya seçkilərin keçirilməsi tarixi açıqlanıb - SİYAHI

3 dəq
Paylaş:
FHN yanında İctimai şuraya seçkilərin keçirilməsi tarixi açıqlanıb - SİYAHI

Fövqəladə Hallah Nazirliyi yanında İctimai şuraya seçkilərin keçirilməsi tarixi və seçkilərdə iştirak edəcək cəmiyyəti institutlarının təmsilçilərinin qeydiyyatı barədə məlumat açıqlanıb.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, “İctimai iştirakçılıq haqqında” Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarına uyğun olaraq, FHN yanında yaradılacaq İctimai şuraya seçkilər mayın 23-də saat 11:00-da FHN-in Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 66 ünvanında inzibati binasının akt zalında keçiriləcək.

Seçkilərdə təmsilçilərinin seçici kimi iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları 13 may 2023-ci il tarixinədək həmin şəxslər barədə zəruri məlumatları (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin qeydiyyata alınması üçün müraciəti, şəxsiyyət vəsiqəsinin surəti, vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti) elektron formada [email protected] e-mail ünvanına göndərməlidirlər.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında yaradılacaq İctimai şuranın üzvlüyünə namizədlərin siyahısı

1. Abbasova Vəfa Zahid qızı - “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi

2. Abışova Vüsalə Mahir qızı - “APA Group”

3. Bayramlı Dinara Dmitriy qızı - “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi

4. Cürənov Ramiz Mikayıl oğlu - “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi

5. Ədilzadə Ədil Tahir oğlu - “Yeni həyat-” İctimai Birliyi

6. Əliyev Azad Yusif oğlu - Azərbaycan Skautlar Assosiyasiyası İctimai Birliyi

7. Fərzəliyev Sahib Abduləli oğlu - “Potensial” Sumqayıt mütəxəssislər birliyi

8. Hacızadə Fuad Mahmud oğlu - Ekoenergetika Akademiyası

9. Həsənli Emin Əliyar oğlu - “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə“ İctimai Birliyi

10. İsmayılov Mehman Heydər oğlu - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı

11. Qafarov Emil Kamil oğlu - Yaşıl Tikintiyə Dəstək İctimai Birliyi

12. Məmmədov Məhəmməd Qurban oğlu - “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi

13. Mərdanov İlham İldırım oğlu - “Çevrə” Davamlı İnkişafa Yardım İctimai Birliyi

14. Rəhimli Davud Səid oğlu - “Əlil Təşkilatları İttifaqı”

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax