Operativ Məlumat Mərkəzi

FHN soyuq hava ilə əlaqədar əhaliyə müraciət edib

2 dəq
Paylaş:
FHN soyuq hava ilə əlaqədar əhaliyə müraciət edib

Hazırda ölkə ərazisində, xüsusilə dağlıq rayonlarda soyuq və şaxtalı müşahidə olunur. Qeyd olunan hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək bir sıra qaydalarını bir daha xatırladır. Belə ki, xüsusilə dağlıq ərazilərdə , eləcə də dağlara səfər edən insanlara şaxtalı havada mümkün qədər məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı tövsiyə edirik. Hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-in hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində bildirilir. Müraciətdə deyilir: “Eyni zamanda, soyuq hava şəraiti qaz və qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax