Əsas məzmuna keç

FHN: Ötən sutka ərzində 10-u azyaşlı olmaqla 11 nəfər xilas edilib

FHN: Ötən sutka ərzində 10-u azyaşlı olmaqla 11 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə daxil olmuş əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 10-u azyaşlı olmaqla 11 nəfər xilas edilib, avtoqəza nəticəsində vasitəsində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…