Operativ Məlumat Mərkəzi

FHN: Ötən gün 49 yanğına çıxış olub

2 dəq
Paylaş:
FHN: Ötən gün 49 yanğına çıxış olub

Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, “112” qaynar xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 49 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 11 nəfər, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində deformasiyaya uğrayan vasitəsində sıxılmış vəziyyətdə qalan 1 nəfər xilas edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax