Operativ Məlumat Mərkəzi

FHN: Ötən sutka 43 yanğına çıxış olub, 5 nəfər xilas edilib

2 dəq
Paylaş:
FHN: Ötən sutka 43 yanğına çıxış olub, 5 nəfər xilas edilib

Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" FHN-nə istinadən xəbər verir ki, “112” xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 43 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 1-i azyaşlı olmaqla 5 nəfər xilas edilib, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax