Operativ Məlumat Mərkəzi

FHN nöqsanları aradan qaldıran obyektin fəaliyyətinə icazə verib

2 dəq
Paylaş:
FHN nöqsanları aradan qaldıran obyektin fəaliyyətinə icazə verib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, bu ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi, 10 ünvanında “Pak məkan ” adlı obyektdə keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı edilib və həmin müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Xidmət tərəfindən sözügedən obyektdə yanğın təhlükəsizliyi ilə bağlı müəyyən edilmiş nöqsanların ötən müddət ərzində aradan qaldırıldığı nəzərə alınaraq, “Pak məkan hamamı”nın fəaliyyətinin bərpasına verilməsi barədə qərar qəbul edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax