Əsas məzmuna keç

FHN: Naxçıvanda 50-dən çox evdə suçəkmə işləri aparılıb

FHN: Naxçıvanda 50-dən çox evdə suçəkmə işləri aparılıb

Xəbər verildiyi kimi, Naxçıvan şəhəri və Babək rayonu ərazisində yağan intensiv yağışlar səbəbindən bəzi fərdi ev, bina və həyətyanı sahələrin subasmaya...

Xəbər verildiyi kimi, şəhəri və Babək rayonu ərazisində yağan yağışlar səbəbindən bəzi fərdi ev, bina və həyətyanı sahələrin subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Naxçıvan Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən bildirilib.

Qeyd edilib ki, görülmüş işlər nəticəsində su basmış yerlərdən suyun kənarlaşdırılması təmin edilib, zəruri tədbirləri həyata keçirilib.

Belə ki, Naxçıvan şəhəri və Babək rayonunda ümumilikdə 50-dən artıq yaşayış evi və 10-a yaxın obyektdə suçəkmə işləri aparılıb.

Qeyd edək ki, suçəkmə işlərinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 223 nəfərdən ibarət şəxsi heyəti, 16 texnika, 15 motopompa və 6 nasos cəlb olunub.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…